Şəki sakinini ilan sancıb.
Xezerxeber.az xəbər verir ki, hadisə Daşüz kəndində qeydə alınıb.
Kənd sakini, 65 yaşlı Fadəddin Orucov təsərrüfat işləri ilə məşğul olan zaman onu ilan sancıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər ilkin tibbi yardım göstərib və ilan zəhəri əleyhinə zərdab vurulub.
Həkimlər 65 yaşlı xəstənin vəziyyətinin orta-ağır olduğunu, müalicələrinin davam etdirildiyini bildirir.