Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi bu səhər Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeyd alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili Girdəni kənd sakinləri 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi vurub. Piyadalar ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki yaralıya tibbi yardım göstərilib. Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.
E.Hüseynovun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.