Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Rayonun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Şükürov Mirhəsən Aftandil oğlu Uzuntəpə kəndində yerləşən su bəndində boğulub.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.