Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında Şuşada fəaliyyətə başlayacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Milli elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) tərəfindən Şuşada artıq 100 metrlik quyu qazılıb.