Xəzər Xəbər

Kirantsda sonuncu sərhəd dirəkləri quraşdırılıb, Ermənistan sərhədçiləri xidmətə başlayıblar

Region | 16:45 • 20 May 2024
Kirantsda sonuncu sərhəd dirəkləri quraşdırılıb, Ermənistan sərhədçiləri xidmətə başlayıblar

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq, Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirəyinin quraşdırılması başa çatıb.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə erməni "Telegram" kanallarında məlumat yerləşdirilib.

Bildirilib ki, artıq Ermənistan sərhədçiləri ərazidə xidmətə başlayıblar.

Xatırladaq ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini imzalayıblar.

Xəbər lenti

Çox oxunanlar