Son günlər yağan güclü yağışlardan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib. Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.
Xezerxeber.az xəbər verir ki, hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.
Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.