Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.
Xezerxeber.az-ın məlumatına görə, Lerik rayon Fövqaladə hallar komissiyasının sədri Habil Məlikov bildirib ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb.
Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.
Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.