Ağcabədidə dəm qazından zəhərlənən 2 azyaşlıdan biri həyatını itirib.
Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonu, Boyat kəndində qeydə alınıb.
Boyat kənd sakinləri Hümbətov Emil Emin oğlu və bacısı Hümbətova Filiz Emin qızı dəm qazından zəhərləniblər. Zəhərlənmə nəticəsində Emil Hümbətov dünyasını dəyişib. Filiz Hümbətova isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.