Biləsuvarda baş verən qəzada yol istismar idarəsinin əməkdaşı ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun, Biləsuvar rayonunun Ağayrı kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Mercedes" markalı yük maşını Şahmar Mehtiyevin idarə etdiyi "Ford" markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində yol istismar idarəsinə məxsus olan "Ford" markalı mikroavtobusda olan sərnişin, idarənin əməkdaşı ölüb. Mikroavtobusda olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
10:17
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər aralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.