Xəzər Xəbər

Lənkəranda baş vermiş zəlzələdən sonra bəzi evlərdə çatlar qeydə alınıb

Region | 12:15 • 13 May 2024
Lənkəranda baş vermiş zəlzələdən sonra bəzi evlərdə çatlar qeydə alınıb

Mayın 11-də Lənkəranda saat 17:21-də baş verən maqnitudası 5.3 bal olan zəlzələnin dərinliyi 20 kilometr olduğu üçün ətraf ərazilərdə, hətta Qarabağda 3 baladək hiss olundu. Ondan sonra xırda təkanlar oldu. Afterşoklar içərisində ən böyüyün maqnitudası 4.4 bal oldu və hiss edildi. Çox güclü, dağıdıcı deyildi. Asta-asta enerji boşalması getdi. Hazırda sakitlikdir.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə müsahibəsində deyib.

“Orta gücdə olan zəlzələ idi. Episentrdə 6 bal olması nəticəsində çay daşları ilə keyfiyyətsiz tikilən bəzi evlərdə çatlar qeydə alındı”, - deyə Q.Yetirmişli deyib.

Xəbər lenti