Ermənistanın Tavuş vilayətinin Berkaber kəndi ərazisində minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya və demarkasiya işləri hələ tamamlanmayıb.
Xezerxeber.az yerli "aysor.am" saytına istinadən xəbər verir ki, bu barədə Tavuş vilayətinin Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan bildirib.
O qeyd edib ki, bu gün heç bir iş görülmür.
Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.