Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Xezerxeber.az-a bildirilib ki, aprelin 30-da saat 15 radələrində Lənkəran rayon sakini T.Məhərrəmov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçmək istəyən piyada 1939-cu il təvəllüdlü İ.İbrahimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.