Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 22-dən 28-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan Xezerxeber.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 100 mina və 380 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.