Xəzər Xəbər

Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn şəxslərin meyitləri aşkarlanıb

Region | 10:44 • 9 Aprel 2024
Övladlarına toy etmək üçün Rusiyadan Lənkərana gələn şəxslərin meyitləri aşkarlanıb

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

Bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb. 

Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti