Xəzər Xəbər

Məktəbdə pul mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb

Region | 16:48 • 5 Aprel 2024
Məktəbdə pul mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb

Daşkəsəndə təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

Rayon prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024
Kürdə bir nəfər batıb
Kürdə bir nəfər batıb
14:37 • 24 Dekabr 2024
Neftçalada maşın yanıb
Neftçalada maşın yanıb
09:38 • 24 Dekabr 2024

Xəbər lenti

Çox oxunanlar