Lerik rayonunda kütləvi zəhərlənmənin sanitar-gigiyenik norma və tələblər gözlənilmədən istehsal olunan qidadan baş verdiyi ehtimal olunur.
Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"İlkin araşdırmalar nəticəsində məlum olub ki, sanitar-gigiyenik norma və tələblər gözlənilmədən, o cümlədən saxlama şəraitinə və temperatur rejiminə əməl olunmadan açıq hava şəraitində həmin şəxslər tərəfindən istehlak üçün hazırlanmış qida məhsullarını qəbul etdikdən sonra tibbi yardıma müraciət olunub", - qurumdan qeyd olunub.
Bildirilib ki, hazırda zərərçəkənlərin sağlamlığı normaldır. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar davam etdirilir: "Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək".