Xəzər Xəbər

Xaçmazda 66 yaşlı qadın öldürülüb

Region | 13:30 • 23 Mart 2024
Xaçmazda 66 yaşlı qadın öldürülüb

Qeyri-aşkar şəraitdə törədilmiş daha bir ağır cinayətin üstü açılıb.

Xaçmaz Rayon Prokurorluğundan Xezerxeber.az-a verilən məlumata görə, martın 21-də Xaçmaz rayon sakini 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Xaçmaz Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlər əsasında birgə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Tofiq Balacayevin aralarında yaranmış mübahisə zamanı qohumu Safura Balacayevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tofiq Balacayev şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar