Martın 16-da saat 14:30 radələrində Zaqatala rayonu ərazisində 2006-cı il təvəllüdlü Ömərov Məhəmməd Kamal oğlunun partlayıcı maddənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.