Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib.
Xezerxeber.az APA-ya istinadən xəbər verir ki, ötən gün Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir, Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərlənib.
Onlar xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Şəbnəm Allahverdiyeva ölüb.
Araşdırma aparılır.