Xəzər Xəbər

Doğuş zamanı ana və uşaq ölüb YENİLƏNİB

Region | 19:21 • 12 Mart 2024
Doğuş zamanı ana və uşaq ölüb

Şabranda doğum evində ana və uşaq ölümü ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbi aparılacaq patoloji-anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.

18:51

Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü baş verib.

9 aylıq hamilə olan Şabran şəhər sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, körpəni də xilas etmək mümkün olmayıb. Mərhumun həyat yoldaşı Kərəm Qasımov bildirib ki, bu, qadının 3-cü hamiləliyi olub. K.Qasımov həyat yoldaşının və körpəsinin həkim səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti

Çox oxunanlar