Xəzər Xəbər

Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

Region | 11:11 • 10 Mart 2024
Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi açılacaq

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl “Azərbaycan” qəzetinə və APA-ya müsahibəsində deyib.

Qazaxıstan şirkətlərinin Qarabağın dirçəldilməsi prosesində iştirak etməkdə maraqlı olduğunu bir daha vurğulayan Prezident Kasım-Jomart Tokayev qeyd edib: “Qazaxıstan şirkətinə Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisi layihəsini təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə oxşar daha çox layihənin həyata keçiriləcəyini gözləyirik. Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcək. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək”.

Xəbər lenti