Xəzər Xəbər

Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

Region | 09:31 • 10 Mart 2024
Bərdədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Bərdə-Tərtər avtomobil yolunun Bərdə rayonunun Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 4 nəfər - Tərtər rayon sakinləri 1962-ci il təvəllüdlü Quliyev Mətləb Valeh oğlu,1964-cü il təvəllüdlü Həsənova Nəcibə İsa qızı, 1957-ci il təvəllüdlü Haqverdiyeva Qəndilə Həbib qızı, 1958-ci il təvəllüdlü Əhmədova Vüsalə Məmməd qızı xəsarət alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar