İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb.
İmişli şəhər sakini 1984-cü il təvəllüdlü İbişov Pünhan Hafiz oğlu sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.