Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Xanbulan kəndindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı iri gövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü, Lənkəran rayonunun Mamusta kənd sakini, 1998-ci il təvəllüdlü Azər Arzuman oğlu Babayev ölüb.
Lənkəran rayonunun Xanbulan kənd sakini, 1998-ci il təvəllüdlü Ülvi Elşad oğlu Əzizli və onun həmkəndlisi 2003-cü il təvəllüdlü Riad Mehman oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Ü.Əzizlinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.