Xəzər Xəbər

Ağdərədə 32 ildən sonra ilk dəfə buraxılış imtahanı keçiriləcək

Region | 15:29 • 28 Fevral 2024
Ağdərədə 32 ildən sonra ilk dəfə buraxılış imtahanı keçiriləcək

Martın 3-də Ağdərə rayonu Talış kənd tam orta məktəbində buraxılış imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Xezerxeber.az-a bildirilib ki, bu, işğaldan azad olunmuş Ağdərə rayonunda təşkil ediləcək ilk imtahandır. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.

Qeyd edək ki, martın 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumi təhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlarda 52267 şagirdin iştirakı nəzərdə tutulur.

Xəbər lenti