Şəmkirdə kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Hadisə Şəmkir şəhərin 20 Yanvar küçəsində yerləşən dönərxanalrın birində qeydə alınıb.
2015-ci il təvəllüdlü Renat Quluyev, 2015-ci il təvəllüdlü Cihat Cəlilov, 2015-ci il təvəllüdlü Zəhra Nadirova, 2015-ci il təvəllüdlü İpək Məmmədova, 2020-ci il təvəllüdlü Ruzi Məmmədov, 2014-cü il təvəllüdlü Asəf Məmmədli, 2017-ci il təvəllüdlü Banu Məmmədli, 2018-ci il təvəllüdlü Ömər Məmmədov, 2013-cü il təvəllüdlü Sunal İsgəndərov və 2008-ci il təvəllüdlü Aysu Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, uşaqlar dönər yedikdən sonra zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır. (APA)