Neftçala şəhərində 18 yaşlı gənc qız dəm qazında boğulub.
Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində baş verib.
Yaşadığı evin hamam otağında dəm qazından zəhərlənən İsmayılova Səbinə Ramin qızı yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.