İmişlidə 29 yaşlı kişi göldə boğulub.
Xezerxeber.az-ın APA-ya istinadən məlumatına görə, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az-ın məlumatına görə isə, Elşad Astanovun Sarısu gölündə ov edərkən qayığın aşması nəticəsində suya düşdüyü və boğularaq öldüyü bildirilir.
Xatırladaq ki, Şükür Astanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 6 saylı Yol İstismar İdarəsinin sabiq rəisi olub.
O, biznes fəaliyyəti ilə məşğuldur. Şükür Astanov İmişli rayonunda məşhur iş adamı kimi tanınır.