Yanvarın 27-si axşam saatlarında Bakı-Qazax-Qırmızı Körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Xezerxeber.az bildirib ki, hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçiriblər.
Hadisə nəticəsində iki nəfər xəsarət alıb, faktla bağlı araşdırmalar davam etdirilir.