Xəzər Xəbər

Qarabağda daş və sement yataqları hərraca çıxarılacaq

Region | 18:00 • 26 Yanvar 2024
Qarabağda daş və sement yataqları hərraca çıxarılacaq

Cəbrayıl rayonunun Tulus mişar daşı yatağının 48.3 hektar ərazisi, Tinli və Göyçərçin Veysəlli sement xammalı yataqlarının isə müvafiq olaraq 20.3 və 20 hektar ərazisi hərraca hazırlanır.

Xezerxeber.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Azər Şükürov Ekoloji məsələlər üzrə işçi qrupunun bu gün Zəngilanda keçirilən iclasında deyib.

A.Şükürov, həmçinin Zəngilan rayonu üzrə Bartaz-2 tikinti daşı yatağının 15 hektar ərazisinin, Qubadlı rayonu üzrə isə Hacılı mişar daşı yatağının 20 hektar ərazisinin hərraca hazırlandığını da diqqətə çatdırıb.

Xəbər lenti

Çox oxunanlar