Xəzər Xəbər

Bu il Cəbrayıla 2158 keçmiş məcburi köçkün qayıdacaq

Region | 10:15 • 25 Yanvar 2024
Bu il Cəbrayıla 2158 keçmiş məcburi köçkün qayıdacaq

Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Qeyd edək ki, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.

Xəbər lenti

Çox oxunanlar