Xəzər Xəbər

Gömrük postlarında 452 yük avtomobili gözləyir

Region | 15:50 • 23 Yanvar 2024
Gömrük postlarında 452 yük avtomobili gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 220 avtomobil gözləyir.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məlumat yayıb.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, hazırda Astara gömrük postunda 118, Biləsuvar gömrük postunda 47, Mazımqara gömrük postunda 26, Xanoba gömrük postunda 3, Samur gömrük postunda 38 yük maşını var.

Xəbər lenti

Çox oxunanlar