Xəzər Xəbər

Gəncədə məktəblini həmyaşıdı öldürüb - yeniyetmə saxlanılıb YENİLƏNİB

Region | 11:30 • 23 Yanvar 2024
Gəncədə məktəblini həmyaşıdı öldürüb - yeniyetmə saxlanılıb

Gəncədə şagirdin məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı yeniyetmə saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. 

Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:01

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb. 

Qeyd edilib ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, ölüb.

"Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır", - məlumatda deyilir.

Xəbər lenti