Xəzər Xəbər

Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Region | 08:59 • 23 Yanvar 2024
Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Xezerxeber.az-a bildirilib ki, “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib, 3 sərnişini və digər nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti