Xəzər Xəbər

Zəlzələ Şirvanda bəzi evlərdə çatlar yaradıb FOTO

Region | 10:50 • 20 Yanvar 2024
Zəlzələ Şirvanda bəzi evlərdə çatlar yaradıb

Ötən gün saat 22:05 radələrində ölkə ərazisində baş verən 5.1 maqnitudalı zəlzələ zamanı Şirvan şəhərində bəzi evlərdə çatlar yaranıb.

Zəlzələ zaman Şirvan şəhərinin köhnə şəhər adlanan ərazisində bir neçə fərdi yaşayış evində xırda çatlar əmələ gəlib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə ocağı 61 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Saatlı və Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam və Neftçalada 4-3 bala qədər hiss olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar