Lənkəranda iki nəfər dəm qazından boğulub.
Hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri - Cəfərov Murad Aydın oğlu və onun həyat yoldaşı Cəfərova Bənövşə Abduləli qızı yaşadıqları evdə ölmüş vəziyyətdə tapılıblar. Onların dəm qazından zəhərlənərək öldükləri bildirilir.
Faktla bağlı araşdırma aparılır. (APA)