Xəzər Xəbər

Neftçalada ağır yol qəzası baş verib

Region | 13:59 • 17 Yanvar 2024
Neftçalada ağır yol qəzası baş verib

Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunda, Qaravəlli kəndi ərazisində qeydə alınıb. “Ford” və “KİA” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Cəlilabad rayon sakinləri İslam Fərhadov və Vahid Yağnəliyev hadisə yerində ölüblər. Müxtəlif dərəcəli xəsarətləri alan iki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri Bayramov Loğman Qüdrət oğlu və Əliyev Habil Abasağa oğlu Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar