Xəzər Xəbər

Xankəndidə silah-sursat aşkarlanıb

Region | 10:27 • 11 Yanvar 2024
Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhərində odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 10-da Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd tüfəng, 11 ədəd qumbara, 22 ədəd patron darağı, 1988 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti