Xəzər Xəbər

Şabranda traktor kanala aşıb, sürücü xilas edilib

Region | 18:05 • 3 Yanvar 2024
Şabranda traktor kanala aşıb, sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonu, Çayqaraqaşlı kəndində traktorun idarəetməni itirərək kanala aşması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. 

Həyata keçirilmiş xilasetmə tədbiri nəticəsində idarəetməni itirərək kanala aşmış traktorun sürücüsü Elşən Hüseynov xilasedicilər tərəfindən xilas edilib.

Xəbər lenti

Çox oxunanlar