Xəzər Xəbər

Şirvanda avtomobilin vurduğu piyada ölüb

Region | 08:45 • 3 Yanvar 2024
Şirvanda avtomobilin vurduğu piyada ölüb

Şirvanda yol nəqliyyat hadisəsi baş verib, qəza zamanı ağır xəsarət alan piyada ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yolu keçən piyadanı avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Piyada aldığı ağır xəsarətlərdən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən ölüb. Hazırda ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir və hadisəni törədən şəxsin axtarışları aparılır.

Xəbər lenti

Çox oxunanlar