Xəzər Xəbər

Sabirabadda ağır yol qəzası olub

Region | 22:00 • 2 Yanvar 2024
Sabirabadda ağır yol qəzası olub

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı-Qarağac kəndi ərazisində baş verib. VAZ-2106 markalı avtomobil və “Hyundai” markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan Hüseynov Nəbi Bəxtiyar oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yaralıya lazımı tibbi yardım göstərilsə də, o, saat 19:10 radələrində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024