Xəzər Xəbər

Bərdədə yol qəzası - üç nəfər xəsarət alıb FOTO

Region | 17:49 • 2 Yanvar 2024
Bərdədə yol qəzası - üç nəfər xəsarət alıb

Bərdədə 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb.

“09-BG-135” dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan “10-HD-420” dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində VAZ 2106 markalı avtomobil tamamilə yararsız hala düşüb.

Hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024