Xəzər Xəbər

Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır

Region | 16:58 • 1 Yanvar 2024
Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Regional Perinatal Mərkəzində dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır.

Xezerxeber.az xəbər verir ki, 2024-cü il yanvarın 1-də saat 09:50 də doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.

Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Nurlana Alıyeva təbii doğuşla körpəni dünyaya gətirib və bu ailənin üçüncü övladıdır. Doğuş həkim ginekoloq Məftunə Əlizadə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.

Xəbər lenti

Çox oxunanlar