Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın uşaq dünyaya gətirib.
Lənkəran rayonunun Bürcəli kənd sakini, 1963-cü il təvəllüdlü Ayaxanım İltifat qızı Səfərova hamiləliyin 37-ci həftəsində, dekabrın 5-də qeysəriyyə yolu ilə çəkisi 3100 qr., boyu 49 sm olan qız uşağı dünyaya gətirib.
Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir.