Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə Ağdam rayonu ərazisində növbəti balıq buraxılışı keçirilib.
Xezerxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına 200 min çəkikimi balıq körpəsi buraxılıb.