Mingeçevirdə saat 19:49-da maqnitudası 4,5 olan zəlzələ qeydə alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax , Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.