Xəzər Xəbər

Ağalı kəndində həyat canlanır FOTO

Burada artıq 175 ailə məskunlaşıb
Region | 14:28 • 25 Noyabr 2023
Ağalı kəndində həyat canlanır

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək 1000-ə yaxın ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin olunub. Böyük Qayıdışın başlandığı ilk kənddə - Zəngilan rayonunun Ağalı kəndində artıq 175 ailə (871 nəfər) məskunlaşıb.

Dövlət Komitəsindən Xezerxeber.az-a verilən məlumat görə, “Ağıllı kənd” konsepsiyası əsasında inşa olunmuş, müasir tələblərə cavab verən zəruri sosial-texniki infrastrukturun qurulduğu Ağalıda sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən dövlət müəssisələri, özəl qurumlar kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verir.

Ağalının hər bir sakini yaşadığı evin həyətyanı sahəsində yardımçı təsərrüfat qurub, meyvə ağacları, bağ-bostan bitkiləri əkib-becərir, ev quşları saxlayır.

Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində hər bir dövlət qurumu ona verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri, icma əsaslı inkişaf layihələri həyata keçirilir.

Rubrikanın digər xəbərləri

Biləsuvarda ağır qəza baş verib
Biləsuvarda ağır qəza baş verib YENİLƏNİB/FOTO
12:17 • 28 Dekabr 2024
Kürdəmirdə ağır yol qəzası baş verib
Kürdəmirdə ağır yol qəzası baş verib YENİLƏNİB/FOTO
10:47 • 28 Dekabr 2024
Beyləqanda ağır yol qəzası olub
Beyləqanda ağır yol qəzası olub
09:29 • 28 Dekabr 2024
Kürdə bir nəfər batıb
Kürdə bir nəfər batıb
14:37 • 24 Dekabr 2024
Neftçalada maşın yanıb
Neftçalada maşın yanıb
09:38 • 24 Dekabr 2024

Xəbər lenti