Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına 33 nəfər müraciət edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Yenilənən məlumata görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Müxtəlif növ bədən xəsarətləri və digər şikayətlərlə tibb müəssisəsinin müvafiq şöbələrinə yerləşdirilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş hesab olunan 26 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd edək ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib.
Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.
Qəflətən döşəmənin çökməsi nəticəsində bir nəfər ölüb, xəsarət alanlar olub.