Naftalanda piyadanı avtomobillə vuraraq öldürən və hadisə yerindən qaçan sürücü saxlanılıb.
DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə 1981-ci il təvəllüdlü S. İmaninin naməlum avtomobil tərəfindən vurulması, piyadanın aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini, M. Hüseynov tanışına məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçdıqdan sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.
Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.