Noyabrın 13-də yerli vaxtla saat 19:06-da Türkiyə-İran sərhədində maqnitudası 5 bal olan zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər ki, yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.